Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Partladılan Krım körpüsündə hərəkət bərpa edildi – YENİLƏNİB + FOTO/VİDEO
Partladılmış Krım körpüsü ilə hərəkət bərpa edilib.
Bu barədə Rusiyaya ilhaq edilmiş Krımın rəhbəri Sergey Aksyonov bildirib.
O qeyd edib ki, hazırda körpü tam yoxlama tətbiq edilməklə minik avtomobilləri və avtobuslar üçün açıqdır.
Bundan əvvəl məlumat verilmişdi ki, Krım körpüsünün salamat hissəsində hərəkət reversiv qaydada bərpa ediləcək.
15:03
Krım körpüsündə törədilən partlayışda, ilkin məlumata görə, üç nəfər ölüb.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Hazırda sudan iki nəfərin – qadın və kişinin – meyitləri çıxarılıb, şəxsiyyətləri müəyyənləşdirilir.
Körpüdə partladıldığı deyilən yük maşını və sahibi də müəyyən olunub. Qeyd olunur ki, avtomobil Krasnodar diyarının vətəndaşı olan Boris Yusubovun adına olub. Onun yaşadığı yer üzrə araşdırmalara başlanılıb. Məlum olub ki, həmin adam avtomobili satıb, yeni sahibi isə onu sənədləşdirməyib.
Yük avtomobilinin marşrutu və müvafiq sənədləri də tədqiq olunur. Yol polisindən bildirilib ki, yoxlanışdan keçərkən avtomobilin sürücüsü sakit olub, ancaq maşın rentgendən keçirilməyib.
Krım Dəmir Yolları hadisə ilə bağlı məlumat yayıb. Şirkətdən bildirilir ki, yanğın qatarın quyruq hissəsində başlayıb.
“Lokomotiv vaqonların bir hissəsi ilə stansiyaya gətirilib. Hazırda yanğının söndürülməsi üçün işlər aparılır. Hadisənin səbəbləri araşdırılır”, - deyə KDY-dən bildirilib.
Həmçinin vurğulanır ki, naviqasiya tağlarına ziyan dəyməyib.
Krım körpüsü nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb.
Mənbə: İnterfaks
Rəylər