"Bütün ermənilərin katolikosu II Qaregin (Ktriç Nersisyan) nikahsızlıq əhdini pozduğuna görə yüksək rütbədən məhrum edilib".
Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Nersisyan ruhaniliyin nümayəndəsi deyil. O, özü kimi olanlarla birlikdə patriarx taxtını ələ keçirən adamdır" , - deyə Paşinyan vurğulayıb.
Baş nazir əlavə edib ki, II Qaregin arvadı və uşaqları olmasını ictimaiyyətə izah etməlidir.