Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
XİN Paşinyanı təkzib etdi: "Ermənistan KTMT-dən çıxmır"
"Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxacağını bəyan etməyib".
Belə bir açıqlama ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış edib.
"O bildirib ki, İrəvanın təşkilatdan nə vaxt çıxacağına Ermənistan hakimiyyəti qərar verəcək", - XİN rəhbəri qeyd edib.
17:18
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı və bir daha təşkilata qayıtmayacağını bildirib.
O, bu barədə parlamentdə çıxışı zamanı deyib.
Paşinyan ad çəkmədən bəyan edib ki, Ermənistanın keçmiş hakimiyyəti "köpük ittifaqı"na girib, lakin sonra qurumun Ermənistanı müdafiə etmədiyi üzə çıxıb.
"Çıxacağıq, geri qayıtmayacağıq", - deyə o, zaldan gələn replikalara cavab olaraq bildirib.
Mənbə: Ermənistan KİV, Sputnik