Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı iş adamı, "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyana qarşı məhkəmə iddiası qaldıracağını bəyan edib.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, buna səbəb Karapetyanın Paşinyan barədə irəli sürdüyü qalmaqallı iddialardır. İş adamı baş nazirin Çindən bir tona qədər halüsinogen göbələk gətirdiyini və ictimai çıxışlarından öncə onlardan istifadə etdiyini iddia edib.
"Mənə Kaluqa oliqarxının bir ton halüsinogen göbələk barədə etdiyi çıxışı göstərdilər. Əlbəttə ki, mən həmin Kaluqa oliqarxını məhkəməyə verəcəyəm və sözün əsl mənasında onu həmin bir ton halüsinogen göbələyi yeməyə məcbur edəcəyəm. Sərt ifadələrimə görə üzr istəyirəm, lakin hər şeyin bir sərhədi var", - deyə erməni baş nazir özünün "Telegram" hesabında qeyd edib.