Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paşinyanla general Qasparyanın çəkişməsi davam edir
Ermənistan İnzibati Məhkəməsi tərəfindən Baş Qərargah rəisi Onik Qasparyanın şikayətinin təmin olunması onun vəzifədə qalmasını təmin etmir, çünki istefa proseduru ölkə konstitusiyası ilə tənzimlənir.
TASS-ın məlumatına görə, bu barədə respublikanın baş nazirinin ofisindən Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində saxlanılmasına dair məhkəmə qərarına münasibət bildirərkən vurğulanıb.
“Konstitusiyanın 139-cu maddəsinin 2-ci hissəsinə görə, prezidentin fərmanı qanunun qüvvəsi ilə qüvvəyə minir. Konstitusiya, sözügedən konstitusiya norması ilə qüvvəyə minmiş qanunun ləğv edilməsini mümkün saymır. Müvafiq olaraq, Onik Qasparyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edilib”, - deyə Baş Nazirin ofisindən bildirilib və əlavə edilib ki, Silahlı Qüvvələr Baş Qərargahının yeni rəisinin təyin edilməsi prosesi konstitusiyada nəzərdə tutulmuş qaydada davam edir.
"Ermənistan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
Rəylər