Peruda ağır yol qəzası baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Pasko regionunda qeydə alınıb.
Sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 11 nəfər ölüb, 25-i xəsarət alıb.
Qəzanın səbəbləri, hələ ki, məlum deyil.
A.M.