Peru sahilləri yaxınlığında 7,3 maqnituda gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Akari şəhərindən 42 km aralıda, 12,1 km dərinlikdə qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Zəlzələ nəticəsində iki nəfər ölüb.
Hər iki şəxs Arekip vilayətinin sakinləridir. Bundan əlavə, Arekip, Ayakuço və İke vilayətlərində 65 nəfər təbii hadisə zamanı xəsarət alıb.