Peruda Naska səhrası üzərində ekskursiya uçuşu həyata keçirməli olan təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi Naska bələdiyyəsinə istinadən məlumat yayıb.
"Bələdiyyə Aerodiana aviaşirkətinə məxsus təyyarənin Pueblo Viexo rayonunda qəzaya uğraması ilə əlaqədar dərin hüznünü ifadə edir, həlak olan 13 nəfərin ailələrinə və yaxınlarına səmimi başsağlığı verir", - deyə məlumatda bildirilib.
Məlumata görə, təyyarə Naska səhrasında yerləşən məşhur geoqriflər üzərində ekskursiya uçuşu həyata keçirmək üçün Pisko şəhərindən havaya qalxıb. Qəzanın başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, geoqriflər - nəhəng həndəsi fiqurlar və təsvirlər ilk dəfə 1926-cı ildə Perunun Palpa yaylasında aşkar edilib. Bir il sonra isə yaxınlıqdakı Naska səhrasında da oxşar təsvirlər tapılıb. Məhz bu geoqriflər qeyri-adi formaları sayəsində dünya şöhrəti qazanıb. Naska geoqrifləri 1994-cü ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.