1990-cı illərin populyar anime-serialı olan “Pokemon”un personajları Londonda keçirilən moda həftəsinin əsas trendlərindən olub.
Oxu.Az xəbər verir ki, bu haqda “Gulf News” məlumat yayıb.
Britaniyalı kuturye Bobbi Ebli öz 2019 payız-qış kolleksiyasını yapon cizgi filmi qəhrəmanlarına həsr edib. “Skvirtl”, “Çarmanderom” və “Mbütu” kimi pokemonların təsvirləri müxtəlif gödəkcə, köynək və idman kostyumlarını bəzəyib. Kolleksiyanı “pokebol”lu qırmızı-ağ aksessuarlar tamamlayıb.
Podiuma çıxan modellərdən biri baş qəhrəman “Pikaçu”nun sarı-ağ plüş kostyumunda olub.