Ukrayna prezidenti Petro Poroşenko Baş prokurorluğa çağırılıb.
Oxu.Az-ın İnterfax-a istinadən məlumatına görə, bu barədə baş prokuror Yuri Lutsenko bildirib.
Baş prokurorun sözlərinə görə, ölkə başçısı 2013-2014-cü illərdə baş verən Maydan hadisələrinə görə ifadə verəcək:
“Biz prezidenti ifadə vermək üçün dəvət etmişik. Əldə olunan razılaşmaya görə, ölkə başçısı ezamiyyətdən qayıtdıqdan sonra müstəntiqlərimizlə görüşəcək”.
Qeyd edək ki, sentyabrın 18-dən 21-dək Ukrayna prezidenti BMT Baş Assambleyasında çıxış etmək üçün ABŞ-a səfər edəcək.
S.B.
www.oxu.az