Rusiya prezidenti Vladimir Putin Şimali Koreyanın raket və nüvə sınaqlarına cavab olaraq bu ölkəyə qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında yerləşdirilib.
“KXDR-i təmsil edən şəxslərlə elmi-texniki əməkdaşlıq dayandırılsın”, - fərmanda deyilir.
Sənədə əsasən, əməkdaşlıq yalnız Pxenyanın nüvə elmi və texnikası nüvə və raket proqramlarının inkişafına yardım etmədiyi hallarda mümkündür.
Fərman BMT Təhlükəsizlik Şurasının 31 noyabr 2016-cı il tarixli qətnaməsi ilə əlaqədar imzalanıb.
S.B.
www.oxu.az