Qazaxıstan parlamenti paytaxt Astananın Nursultan adlandırılması haqqında qanun layihəsinə səs verib.
Bu barədə KazTAQ agentliyi məlumat yayıb.
Deputatların səs verdiyi qanun layihəsini prezident imzalamalıdır. Bundan sonra dəyişikliklər qüvvəyə minəcək.
Qeyd edək ki, müvafiq təşəbbüslə Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev çıxış edib. Tokayev hesab edir ki, ölkənin bütün vilayət mərkəzlərində əsas küçələrə də Qazaxıstanın birinci prezidentinin adı verilməlidir.
Rəylər