Qazaxıstanda ötən il elan edilmiş və ölkə Konstitusiyasının 30 illiyinə həsr olunmuş amnistiya başa çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Cinayət-İcra Sistemi Komitəsi məlumat yayıb.
Bildirilir ki, görülən işlərin nəticəsi olaraq məhkəmələr tərəfindən 15 970 təqdimata baxılıb. Nəticədə cinayət-icra sistemi müəssisələrindən 2 mindən çox insan, o cümlədən qadınlar və yetkinlik yaşına çatmayanlar azad ediliblər.
Bundan əlavə daha 11 min məhkumun cəza müddəti azaldılıb.