Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qəzza hadisələrinə hərbi cinayət kimi baxıla bilər
Qəzza zolağında fələstinlilərin qətli dördüncü Cenevrə konvensiyasını kobud şəkildə pozur. Bu səbəbdən həmin hadisələr qəsdən adam öldürmə və ya hərbi cinayət kimi araşdırıla bilər.
Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Maykl Link açıqlama verib.
Sənədin müəllifi İsrail hökumətini dərhal fələstinlilərə qarşı “ölümcül hücumlara” son qoymağa çağırıb. Linkin təbirincə fələstinli etirazçıların hərəkətləri İsrail təhlükəsizliyinə hər hansı ciddi təhlükə yaratmayıb və ona görə döyüş güllələrindən lüzumsuz olaraq istifadə olunub.
Məruzəçinin sözlərinə görə, İsrail hakimiyyəti insan haqları sahəsində beynəlxalq qanunları pozmağa davam etsə, yaxın günlərdə ölən və yaralanan fələstinlilərin sayı kəskin şəkildə artacaq.
F.M.
www.oxu.az
Rəylər