Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza üzrə Sülh Sammitində iştirak edəcək.
Oxu.Az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Türkiyə lideri bu məqsədlə oktyabrın 13-də Misirə səfər edəcək.
ABŞ Prezidenti Donald Trampın da sammitdə iştirak edəcəyi təsdiqlənib. "The Guardian" nəşri Ağ Ev rəhbəri və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Süıh Sammitinə başçılıq edəcəklərini yazıb.
Sammitdə 20-dən çox dövlət rəhbərinin iştirakı gözlənilir. Onların arasında Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Corcia Meloni, İspaniyanın Baş naziri Pedro Sançes, Fransa Prezidenti Emmnuel Makron və BMT-nin baş katibi Antonio Quterreş də var.
Xatırladaq ki, oktyabrın 13-ü Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında müharibənin dayandırılmasına həsr olunmuş Sülh Sammiti keçiriləcək.