Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qonşu ölkəyə COVID-19-un yeni variantı çatıb: XEC haqqında nə məlumdur?
Rusiyada koronavirusun yeni variantı - XEC ilə yoluxmanın ilk halları aşkar edilib.
Oxu.Az-ın "Kommersant"a istinadla verdiyi məlumata görə, bu barədə "Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) xəbər yayıb.
Bildirilir ki, iki yoluxma Rostov vilayəti və Ufada qeydə alınıb. Qurum pasiyentlərdə aşkar edilmiş XEC halları barədə ətraflı məlumat verməyib.
XEC-in simptomlarının "Omikron"un erkən altvariantlarına bənzədiyi vurğulanıb.
Qeyd edək ki, XEC - "Omikron"un FLIRT altvariantlarından - "KS.1.1" və "KP.3.3"ün mutasiyası nəticəsində yaranan rekombinat variantıdır. XEC-in xarakterik simptomları arasında qızdırma, boğaz ağrısı, öskürək, qoxu və iştaha itkisi, bədən ağrıları, başağrı və burun axması qeyd olunur.
"Rospotrebnadzor"un məlumatına görə, Rusiyada COVID-19-la bağlı vəziyyət gərgin olaraq qalır. Təkcə son həftə ərzində 36 mindən çox yeni yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki həftənin göstəricilərindən 11,4% çoxdur. Bundan əlavə, qrip və KRVİ hallarının sayı kəskin şəkildə artaraq 880 mindən çox (+11,4%) olub.
"Rospotrebnadzor" xəbərdarlıq edir ki, HES kimi koronavirusun yeni variantları immuniteti aşa bilər və sürətlə yayıla bilər.
"COVID-19" teqi üzrə xəbərlər
- Pandemiya bitməyib: ÜST-dən COVID-19 ilə bağlı yeni təhlükəli virus XƏBƏRDARLIĞI
- Korrupsiya, narkotik istehsalı, talama: USAID bataqlığı qurudulur
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
- Bakıda COVID-19 xəstələrinə xidmət edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzandı
- ABŞ-də məmurlara səkkiz aylıq maaş müqabilində işdən çıxmaq təklif edilib