"Qrenlandiyalıların ABŞ-yə birləşmək istəməməsi onların öz problemidir".
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Oxu.Az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Daha əvvəl Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ada sakinlərinin Danimarkanın tərkibində qalmağı üstün tutduqlarını və ABŞ-yə qoşulmaq istəmədiklərini bildirmişdi.
Amerika lideri mətbuata açıqlamasında bildirib: "Bu, onların problemidir. Mən onunla razı deyiləm. Qrenlandiya baş nazirini tanımıram, lakin ona böyük problem vəd edə bilərəm".