Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qvatemalada avtobusun aşması nəticəsində 50-dən çox adam ölüb
Qvatemalada avtobusun körpüdən dərəyə aşması nəticəsində 51 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, xilasedicilər 36 kişi və 15 qadının meyitini sudan çıxarıblar.
Bildirilir ki, 75 sərnişini daşıyan avtobus paytaxt Qvatemala şəhərinin şimal girişində Puente Belis körpüsündən dərəyə aşıb.
"Avtobus qəzası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar