Azərbaycan Xarici İşlər Nazirliyi Venesuelada baş verən dağıdıcı və insan itkisi ilə nəticələnən zəlzələlər ilə əlaqədar başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Venesuela ərazisində ağır insan tələfatına və genişmiqyaslı dağıntılara yol açan şiddətli zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Bu çətin günlərdə həyatını itirənlərin ailələrinə ən səmimi duyğularla başsağlığı verir, Venesuela hökuməti və xalqı ilə tam həmrəy olduğumuzu ifadə edirik. Fəlakətdən zərər çəkən hər kəsə tezliklə sağalmağı və bərpa olunmağı arzu edirik", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində, ilkin məlumata görə, azı 32 nəfər ölüb.
We are deeply saddened by the devastating earthquake that struck #Venezuela, causing tragic loss of life and widespread destruction.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 25, 2026
We extend our heartfelt condolences to the families of the victims and express our solidarity with the people and government of Venezuela during…