Rusiyanın Rostov vilayətinin Aksaysk rayonu ərazisində yerləşən “Atlant” bazarının pavilyonunda güclü yanğın baş verib.
Oxu.Az Report-a istinadla xəbər verir ki, yanğın Bakı vaxtı ilə 20:07-də söndürülüb.
Alov ümumilikdə 1,4 min kv. metr sahəni əhatə edib. Yanğının məhdudlaşdırılması barədə 18:31-də məlumat verilib.
A.S.
www.oxu.az