Rusiya Dövlət Dumasının ailə, qadın və uşaq məsələləri üzrə sədri Yelena Mizulina Apple iPhone smartfonunu uşaqlara qarşı əxlaqsız əməllərin törədildiyi qurğu adlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Lenta.ru-ya iyul ayının 3-də komitənin geniş iclasında, Rambler&Co şirkətinin xarici əlaqələr üzrə direktoru Matvey Alekseyev deyib.
Deputatın sözlərinə görə, uşaq pornoqrafiyası məhz iPhone-nun köməyi ilə çəkilir. Mizulina Rusiya məktəblərinin birində, bədən tərbiyəsi müəlliminin uşaqlara tətbiq etdiyi zorakılıq səhnələrinin Apple qurğusu ilə çəkdiyini misal gətirib.
Deputat həmçinin mobil internetin əsasən uşaq pornosu, bəzən isə daha təhlükəli kontentə giriş üçün istifadə edildiyini də bəyan edib.
Daha öncə Mizulina Rusiya əlaqə operatorlarının bütün müştərilər üçün “uşaq” internet filtirinin qoşulması təklifi ilə çıxış etmişdi. Deputatın ideyasına əsasən, interneti tam görmək istəyən müştəri operatora ərizə və yaşını təsdiqləyən sənədlərlə müraciət etməli idi.