Xəbər verdiyimiz kimi bütün dünyada yayımlanan “X Faktor” yarışmasının Türkiyə versiyasında münsif kimi Sinan Akçıl, Atiyə, Nihat Odabaşı və “Eurovision 2011”-in qalibi Nigar Camal yer alacaq.
Oxu.Az xəbər verir ki, artıq yarışmanın anonsu hazırlanıb və Türkiyənin “Kanal D” televiziyasında yayımlanır. Həmin çarxda Nigar Camal da iştirak edir.
Qeyd edək ki, müsabiqədə qalib gələn ifaçıya 2 milyon lirə (təxminən 735 min manat) pul mükafatı təqdim ediləcək.
Aytən Sadıqzadə
www.oxu.az