Rusiya hərbçiləri Kursk vilayətində Oleşnya yaşayış məntəqəsini geri qaytarıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sözügedən yaşayış məntəqəsi "Şimal" qoşun qruplaşması bölmələrinin aktiv hücum əməliyyatları nəticəsində azad edilib.
Nazirlik Kursk ərazisində Ukrayna ordusuna qarşı əməliyyatların davam etdiyini də vurğulayıb.