Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədində xidmətlərini dayandıracaqlar?
"ABŞ-dən Ermənistana gömrük və sərhəd nəzarəti qrupunun gəlməsi Ermənistanda sərhəd nəzarətinin səmərəliliyinin artırılması ilə bağlıdır, bu və ya digər ölkə ilə münasibətlərin hər hansı konkret həssas aspektləri ilə əlaqəli deyil".
Oxu.Az-ın Ermənistan KİV-nə istinadən xəbərinə görə, bu sözləri jurnalistlərlə söhbətində Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
O qeyd edib ki, Ermənistan tərəfi bu məsələni İranla müzakirə edib və heç bir narahatlıq ifadə olunmayıb.
"Mən İran tərəfi ilə razılığa gələ bilməyəcəyimiz heç bir məsələ görmürəm, bizim münasibətlərimiz görünməmiş dərəcədə yüksək səviyyədədir", - deyə o bildirib.
"Biz, nəhayət, öz sərhədimizə nəzarət etməliyik", - deyə Paruyr Ovannisyan qeyd edib.
O, "Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən kənara çıxarılması mümkündürmü?" sualını da cavablayıb.
"Əlbəttə, ideal dünyada hər bir ölkə öz sərhədinə özü nəzarət etməyi bacarmalıdır", - deyə Ovannisyan bildirib.
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiya qazının "Türk axını" boru kəməri ilə Slovakiyaya tədarükü bərpa edildi
- Rusiyanın Ukraynaya hücumu: Polşa qırıcıları havaya qaldırıldı
- Tanınmış sovet aktyoru vəfat edib
- "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı yeni şübhəlilər üzə çıxdı
- Baltikyanı ölkələr Avropa elektrik şəbəkəsinə qoşulub
Rəylər