Rusiya ordusu avqustun 21-də gecə saatlarında Ukrayna ərazisinə bir neçə qanadlı raket atıb.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, qanadlı raketlərlə Sumı ərazisi hədəfə alınıb.
Hücuma Dnepropetrovsk, Zaporojye, Lvov və digər vilayətlərindəki obyektlər də məruz qalıb.
Hazırda yaralananlar və ya ölənlər barədə rəsmi məlumat yoxdur.