Rusiyanın Stavropol diyarında 14 yaşlı məktəbli qız rəfiqələri tərəfindən vəhşicəsinə döyülüb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, internetdə martın 1-də çəkilmiş video yerləşdirilib.
Həmin görüntülərdən üç yeniyetmə qızın yerdə uzanmış həmyaşıdlarını necə döymələri əksini tapıb.
Video internetdə yerləşdirildikdən sonra hüquq-mühafizə orqnaları araşdırma apararaq, hadisəni törətməkdə şübhəli olan şəxsləri müəyyənləşdiriblər.
14 yaşlı Alyona adlı qız valideynlərini itirmiş 15 yaşlı Yekaterina B.-nin anası haqqında nalayiq ifadələr işlətdikdən sonra, bir qrup yeniyetmənin hücumuna məruz qalıb.
Anası təhqir olunmuş qız rəfiqələri ilə məktəblini döyməyə başlayıb.
Hadisədə 3 qız iştirak edib, daha 20 nəfər yeniyetmə isə bu davanı izləyiblər. Yalnız iki gənc oğlan Alyonanın tərəfini saxlayıb və dalaşan qızları ayırıblar.
Faktla bağlı Rusiya CM-in “Qəsdən bədən xəsarətləri yetirmə” maddəsi ilə cinayət işi aparılır. Alyonanı döymüş şəxsləri 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.