Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyada 15 yaşlı qız şahmata görə özünü öldürdü
Rusiyanın Podolsk şəhərində 15 yaşlı qız atası ilə şahmat oynadıqdan sonra özünə qəsd edib. O, uduzduğuna görə kədərlənib və özünü 13-cü mərtəbədəki otağının pəncərəsindən atıb.
Bu barədə Oxu.Az "Mash" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, qız atası ilə şahmat oyunu zamanı uduzub, bundan inciyib və ağlamağa başlayıb. Bu zaman atası əsəbiləşib və ona masanı tərk etməsini, bir daha onunla oynamayacağını deyib.
Ardınca anası da qıza səslənib.
"Ondansa ev tapşırıqları ilə məşğul ol, hələ imtahan verəcəksən", - deyə anası bildirib və daha sonra əri ilə şahmat oynamağa gedib.
Qız otağına qaçaraq qapını kilidləyib.
Bir müddət sonra qadın mənzilin qəfildən soyuduğunu hiss edib və küləyin haradan əsdiyini yoxlamağa gedib.
Qızın otağına girib və uşağın orada olmadığını, amma pəncərənin açıq olduğunu görüb. Küçəyə baxdıqda qızının cəsədini görüb.
Bildirilir ki, məktəbli qız yetkinlik yaşına çatmayanlarla iş şöbəsində, psixiatrda və ya narkoloqda qeydiyyatda olmayıb, siqaret və alkoqol istifadəçisi olmayıb, nümunəvi şagird olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə ilə bağlı "Özünü öldürmə həddinə çatdırma" maddəsi ilə iş açılıb.
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər
- Bəşər Əsəd Suriyanı tərk etməmişdən əvvəl Rusiya ilə niyə əlaqə saxlamağa çalışıb?
- Tatarıstanda yaşayış binasına dron hücumu: Ölkədə bütün kütləvi tədbirlər ləğv edildi
- Rusiya Müsəlmanları İdarəsi dini çoxarvadlılığa icazə verib
- Rusiyada "Volqoneft-212" və "Volqoneft-239" tankerlərinin kapitanları həbs edildilər
Rəylər