Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyada miqrantlar üçün tövsiyələr: Namaz qılmaq, qurban kəsmək olmaz
Rusiyanın Milli Məsələlər üzrə Federal Agentliyi Mərkəzi Asiyadan olan miqrantlara yerli əhaliyə müraciətdə "qardaş" və "bacı" sözlərindən istifadə etməməyi və nəqliyyatda yüksək səslə danışmamağı tövsiyə edir.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə agentliyin hazırladığı adaptasiya kursunda bildirilir.
Söhbət əcnəbilər üçün 70 dəqiqəlik mühazirədən gedir.
Burada xoşuna gələn xanımın ünvanına fit çalmamaq, yoldan keçənləri öz ana dilində müzakirə etməmək, küçədə dini mərasimləri icra etməmək - namaz qılmamaq və qurban kəsməmək, kənar adamlara fiziki olaraq toxunmamaq, toylarda havaya atəş açmamaq və s. bu kimi tövsiyələr yer alıb.
"Rusiyada miqrantlar" teqi üzrə xəbərlər
- Polis miqrantların yaşayış yerlərinə daxil ola biləcək: Rusiyada yeni qaydaların DETALLARI
- Putin fərman imzaladı: Qanunsuz miqrantlar Rusiyanı tərk etməlidirlər
- Rusiyaya işləməyə gedənlərin nəzərinə: "Qara siyahı" yaradılır
- Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi
- Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Uşaqların məktəblərə qəbul qaydası dəyişdi
Rəylər