Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İran vətəndaşına narkokuryerlik edən keçmiş məhkum TUTULDU
Ağcabədidə narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Mamedov saxlanılıb.
Həmin şəxsdən ümumi çəkisi 7 kiloqram olan heroin, tiryək və marixuana aşkarlanıb.
O, maddi qazanc müqabilində sosial şəbəkə vasitəsilə tanıdığı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
"Ağcabədi Rayon Polis Şöbəsi" teqi üzrə xəbərlər
- Ağcabədidə 13 yaşında ana olduğu deyilən qız ailəsinə TƏHVİL VERİLDİ
- Ağcabədidə dələduzluqda şübhəli bilinən şəxs həbs edilib
- Polis Ağcabədidə mağazalardan silsilə oğurluq edən şəxsi saxladı
- Ağcabədidə polis tərəfindən partlayıcı vasitələr və silahlar götürülüb
- Ağcabədi polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumun tutulma GÖRÜNTÜLƏRİ