Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyada təyyarənin mühərriki sıradan çıxdı, məcburi eniş etdi: Ölən var
"An-3" təyyarəsi Yakutiyada (Rusiya) məcburi eniş edib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahının "Telegram" kanalında məlumat verilib.
O, Olekminsk aerodromundan 1,5 kilometr aralıda yerə enib.
Təyyarənin göyərtəsində üç ekipaj üzvü və iki sərnişin də daxil olmaqla beş nəfər olub. Qəza nəticəsində bir sərnişin həlak olub.
Şərqi Sibir Nəqliyyat Prokurorluğunun məlumatına görə, qəzaya səbəb təkmotorlu təyyarənin təkan gücünün itirilməsi və mühərrikin sıradan çıxması olub.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsi - "Hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması" maddəsi ilə cinayət işi açıb.
Rəylər