Rusiyanın Leninqrad vilayətində “VAZ” markalı sərnişin avtomobili “Scania” markalı yük maşını ilə toqquşub.
“Ren TV” xəbər verir ki, qəza “VAZ”ın sürücüsünün qarşı zolağa çıxmasından sonra baş verib.
Nəticədə sərnişin avtomobili tanınmaz hala gəlib.
“VAZ”ın sürücüsü isə hadisə yerində həyatını itirib.