Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərinin ətrafındakı mülki infrastruktura hücum ediblər.
Oxu.Az bildirir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında məlumat verib.
"Düşmən poçt terminalına raket zərbəsi endirib. Təəssüf ki, hücum nəticəsində üç nəfər həlak olub. Daha 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan üçünün vəziyyəti ağırdır. Həkimlər onların həyatı üçün mübarizə aparırlar", - deyə o vurğulayıb.
Hadisə yerinə polis, tibb işçiləri və xilasedicilər cəlb olunublar. Zərbənin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam edir.