Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 280 470 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 757 tank, 9 052 zirehli maşın, 6 643 artilleriya sistemi, 804 RYAS (reaktiv yaylım atəşi sistemi), 540 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 5 129 operativ-taktiki PUA, 1 530 qanadlı raket, 20 gəmi/qayıq, bir sualtı qayıq, 8 980 avtomobil və sistern, 948 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
