Qrossmeyster Yudit Polqar Macarıstanın Baş naziri Peter Madyarın onu vəzifəsindən uzaqlaşdırılan Tamaş Şuyokun yerinə prezident seçkisində namizəd olmaq təklifini qəbul etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə Polqar özünün "Facebook" səhifəsində yazıb.
"Partiyasının parlamentdə böyük çəkisinə baxmayaraq, müstəqil namizədə - partiya siyasətindən kənarda olan şəxsə prezident postunu tutmağı təklif edən baş nazirin bu addımını yüksək qiymətləndirirəm. Lakin bölünmüş milləti birləşdirmək kimi tarixi məsuliyyəti öz üzərimə götürmək üçün özümü kifayət qədər güclü hiss etmirəm. Buna görə də bu dəvəti qəbul edə bilmərəm", - deyə Polqar bildirib.