İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağına endirdiyi zərbə ilə HƏMAS radikal hərəkatının "Rəfah" briqadasının hərbi təhlükəsizlik və əks-kəşfiyyat şöbəsinin rəhbərini məhv etdiyini açıqlayıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti bəyanat yayıb.
"SAXAL-ın endirdiyi zərbə nəticəsində HƏMAS-ın "Rəfah" briqadasında hərbi təhlükəsizlik şöbəsinin rəhbəri İsmayıl Məsrini məhv edilib. O, HƏMAS aparatında yüksək vəzifə tuturdu və "Rəfah" briqadasında hərbi təhlükəsizlik və əks-kəşfiyyat sahəsində fəaliyyətləri koordinasiya edirdi".
Bundan əlavə, İsrail ordusunun məlumatında qeyd olunur ki, öldürülən şəxs, həmçinin HƏMAS-ın hərbi imkanlarının yenidən qurulması və artırılması prosesində yaxından iştirak edib.