"Səhər saat 7-yə qədər keyfiyyətli yatmağa kömək edəcək standart bir yuxuyagetmə vaxtı mövcud deyil".
Oxu.Az Aif.ru nəşrinə istinadən xəbər verir ki, bu barədə rusiyalı nevroloq-somnoloq Yelena Tsaryova danışıb.
O, daha əvvəl sosial şəbəkələrdə səhər saat 7-də gümrah oyanmaq üçün saat neçədə yatmaq lazım olduğuna dair yayılan yuxu cədvəlini şərh edib. Yelena Tsaryovanın sözlərinə görə, bu hesablama yuxu sikllərinə əsaslanır, lakin yuxu müddəti müxtəlif insanlarda fərqlidir.
"Qısa müddət yatan yatan insanlar var ki, adətən dörd-beş saat yatırlar. Həmçinin uzun yatan insanlar da var ki, onlara yuxu üçün 10-12 saat lazımdır. Orta hesabla, əlbəttə, bu, 8,.5 ilə 10 saat arasındadır, lakin bu da yaşdan asılıdır", - deyə həkim izah edib.
Somnoloqun qeyd etdiyinə görə, yuxunu yaxşılaşdırmağın sınaqdan keçirilmiş üsullarından biri stabil rejimə əməl etməkdir ki, bu zaman insan hər gün təxminən eyni vaxtda yatır və oyanır.
Yelena Tsaryovanın sözlərinə görə, belə bir rejim zamanı orqanizm yuxuyagetmə vaxtını yuxululuq hissi üzərindən özü tənzimləməyə başlayır, çünki istirahətə ehtiyac yüklənmədən və yorğunluqdan asılı olaraq dəyişə bilər.