Yamuna çayının sahillərindən aşan sel suları Aqra şəhərində (Hindistanın şimalındakı Uttar Pradeş ştatı) Tac Mahal məqbərə kompleksinin divarlarına yaxınlaşıb.
Məlumata görə, 45 ildə ilk dəfə baş verən daşqın nəticəsində Yamuna çayının sahilindəki Tac Mahalın bağçasını su basıb. Məqbərənin qorunub saxlanmasına cavabdeh olan Hindistan Arxeoloji Xidməti xəbər verib ki, Tac Mahalın zirzəmisinə su keçməyib. Amma bu, 17-ci əsrin ortalarında ucaldılmış ağ mərmər konstruksiya üçün təhlükə yarada bilər.
Qeyd edək ki, 1978-ci ildə Yamunada baş verən daşqın zamanı Tac Mahalın 22 otağı su altında qalıb və çay lilləri ilə örtülüb. Bundan sonra məqbərəni sel sularından qorumaq üçün çayın kənarında xüsusi bəndlər tikilib. Lakin Yamuna çayının seli hazırda Aqradakı digər memarlıq və tarixi abidələr üçün də təhlükə yaradır.
Hazırda şəhərdə Yamuna çayının səviyyəsi 167,28 m-ə çatıb ki, bu da 166 m təhlükəsiz səviyyədən yuxarıdır.
View this post on InstagramMənbə: TASS
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistan-Pakistan sərhədində insident: İki nəfər güllələndi
- Hindistanda daşqınlar: Çox sayda insan həlak olub
- Hindistanda kişi huşunu itirmiş ilanı süni tənəffüslə xilas etdi
- Hörmüz boğazında gəmiyə TORPEDO HÜCUMU: Ölən var
- Hindistanda meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - Hücumun anbaan görüntüsü
Digər xəbərlər