İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ bazasına zərbə endirərək çox sayda amerikalı hərbçini məhv etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
"SEPAH-ın Aerokosmik Qüvvələrinin döyüşçüləri "Təcavüzkarın cəzalandırılması" əməliyyatının ikinci dalğası çərçivəsində Akaba körfəzi sahilində yerləşən və "Kemp-Titin" kimi tanınan ABŞ dəniz piyadaları bazasına ballistik raketlərlə kütləvi zərbə endirib", - deyə məlumatda qeyd olunub.
SEPAH-ın versiyasına görə, hücum nəticəsində çox sayda ABŞ hərbçisi məhv edilib, həmçinin bir neçə mühüm obyekt və zərbə ilə helikopterlər sıradan çıxarılıb.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə silsilə zərbələr endirildiyini açıqlayıb. Press TV-nin məlumatına görə, partlayışlar ölkənin cənub sahillərində, o cümlədən Kiş adasında və bir sıra şəhərlərdə baş verib.
ABŞ Prezidenti Donald Tramp isə ABŞ obyektlərinə yeni cavab hücumları olacağı təqdirdə İran İslam Respublikasını məhv edəcəyi ilə hədələyib.