Polşa Prezidenti Karol Navrotski Almaniyanı İkinci Dünya müharibəsinə görə Polşaya təzminat ödəməyə çağırıb.
Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, Navrotski müharibənin başlanmasının ildönümü ilə bağlı Qdanskda keçirilən tədbirdə çıxış edib.
O, ölkənin Baş naziri Donald Tusku Almaniya hökumətinə təzminat ödənilməsinin zəruriliyini əsaslandırmağa çağırıb.
Onun sözlərinə görə, bu məsələ yalnız keçmiş və tarixi ədalətlə bağlı deyil, həm də gələcəklə əlaqəlidir.
"Polşaya münasibətdə həqiqətən qəti və həmrəy bəyanat tələb edir ki, Berlindəki müttəfiqlərimiz və qonşularımız bizə kompensasiya ödəsinlər", - deyə Navrotski bildirib.
Əldə olunan vəsait Polşanın silahlı qüvvələrinə və müdafiə sənayesinə yönəldiləcək. O bildirib ki, bunun sayəsində Varşava Qərb kreditləri götürməyə məcbur olmayacaq və Polşa ona çatmalı olanı əldə edəcək.
Almaniya hakimiyyəti isə dəfələrlə İkinci Dünya müharibəsinə görə təzminat məsələsini bağlanmış hesab etdiyini deyib.