Şimali Koreya şimal-qərb istiqamətində reaktiv yaylım atəşi sistemindən 10-dan çox mərmi atıb.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadla xəbər verir.
Cənubi Koreya hərbi komandanlığı mərmilərin Pxenyan yaxınlığından buraxıldığını bildirib.
Hadisənin təfərrüatı açıqlanmır. Şimali Koreya tərəfi məlumatı şərh etməyib.