Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Simonyandan Rusiya İstintaq Komitəsinə şikayət edildi
Moskva Şəhər Dumasının deputatı Yevgeni Stupinin keçmiş köməkçisi Nikolay Korolyov RT telekanalının rəhbəri Marqarita Simonyanın Sibir üzərində "termonüvə partlayışı" ilə bağlı sözlərindən sonra Rusiya İstintaq Komitəsinə və Daxili İşlər Nazirliyinə şikayət göndərib.
Korolyovun sözlərinə görə, bu cür bəyanatlar ölkə qanunlarını pozur.
"Vəhşiliyi və absurdluğu bir yana, bu cür bəyanatlar Rusiya qanunvericiliyinin pozulmasıdır", - deyə Korolyov bildirib.
O, İstintaq Komitəsindən və DİN-dən erməni jurnalistin ifadələrinin təhlil edilməsini və onun inzibati, yaxud cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Xaçmaza yeni polis rəisi təyin olunub
- Zaqatalada bıçaqlanma olub, saxlanılan var
- Dörd milyon manat necə ələ keçirilib? - Bıçaqlandığı deyilən sabiq prokuror müavininin də pulu gedib
- Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?
- 27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb ona XƏSARƏT YETİRDİ
Rəylər