Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Slovakiyanın baş naziri xəstəxanada səs verdi
Ötən ay sui-qəsd cəhdindən sonra sağalmaq üzrə olan Slovakiyanın Baş naziri Robert Fitso Avropa Parlamentinə seçkidə səs verib.
Bu barədə o, "Facebook" səhifəsində yazıb.
Fitso xəstəxanada səs verdiyini deyib.
"Biz müharibənin davam etdirilməsinə deyil, sülh təşəbbüslərini dəstəkləyəcək avropalı deputatlara səs verməliyik", - o bildirib.
Xatırladaq ki, may ayının ortalarında sui-qəsd cəhdinə məruz qalan Slovakiyanın baş naziri o vaxtdan bəri ilk müraciətini iyunun 5-də dərc edib və orada bir neçə həftədən sonra işə qayıtmaq niyyətini açıqlayıb.
Mənbə: eurointegration.com.ua
"Robert Fitso" teqi üzrə xəbərlər
- Slovakiya Ukraynanı münaqişə ilə hədələdi
- Slovakiya Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcək
- Slovakiyanın baş naziri: "Aİ altı ay ərzində dağıla bilər"
- Ukraynanın "qələbə planı" və nüvə dilemması: "Silahı verirlər, vurmağa qoymurlar"
- Slovakiyanın baş naziri: "Qərb Rusiyanı diz çökdürmək istəyir"
Ən çox oxunanlar