"SpaceX" şirkəti ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsinin (MHKKİ) ehtiyacları üçün peykləri daşıyan "Falcon 9" raketini orbitə buraxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "SpaceX"in "X" səhifəsində açıqlama verilib.
"NROL-179" missiyası çərçivəsində raketin startı ABŞ-nin Vandenberq Hərbi Hava Qüvvələri bazasından yerli vaxtla 01:50-də həyata keçirilib. Bu, "SpaceX"in 2026-cı ildə kəşfiyyat ehtiyacları üçün artıq üçüncü buraxılışıdır. "NROL-172" və "NROL-105" missiyaları may və yanvar aylarında reallaşdırılıb.
Qeyd edək ki, ABŞ-nin kəşfiyyat peyklərinə nəzarət edən MHKKİ-nin fəaliyyəti tam məxfidir. Bu səbəbdən aparatların parametrləri və təsviri açıqlanmır.
"Spaceflight Now" nəşri isə qeyd edir ki, söhbət çox güman ki, "Starshield" peyklərindən gedir, lakin nə MHKKİ, nə də "SpaceX" bu məlumatı təsdiq edib.