Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"SSRİ Ali Sovetinin Rəyasət Heyəti" ekstremist təşkilat kimi tanındı
Rusiyanın Perm vilayət məhkəməsi "SSRİ Ali Sovetinin Rəyasət Heyəti" ictimai birliyini ekstremist təşkilat kimi tanıyıb və onun ölkədəki fəaliyyətini qadağan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
"Tələblər təmin edilib, bu ad altında fəaliyyət göstərən təşkilat ekstremist kimi tanınıb və Rusiya ərazisində fəaliyyəti qadağan edilib", - deyə məhkəmədən bildirilib.
Qeyd edək ki, Perm diyarının prokurorluğu regional məhkəməyə müvafiq iddia ərizəsini 2024-cü ilin yayında təqdim edib.
"SSRİ" teqi üzrə xəbərlər
Ən çox oxunanlar