Amerikalı aktyor Rocer Perri 85 yaşında Kaliforniyada vəfat edib.
Oxu.Az xəbər verir ki, aktyor İndian-Uells şəhərində öz evində vəfat edib. O, onkoloji xəstəlikdən əziyyət çəkib.
Rocer Perri 57 film və serialda, o cümlədən “Çirkin eşq”, “Bədheybətlər ailəsi”, “Ulduz yolu” və digər ekran əsərlərində çəkilib. Aktyorun “Ulduz yolu” (Star Trek) filmində kapitan Con Kristofer rolu xüsusilə məşhurdur.