Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sudanda təyyarə qəzasında ölənlərin SAYI ARTDI: Aralarında keçmiş komandan da var
Sudanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Al-Arabiya" televiziya kanalı xəbər verib.
Bildirilir ki, Xartum əyalətində baş verən aviaqəza nəticəsində azı 45 nəfər həlak olub.
Sudan ordusuna məxsus hərbi təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində azı 19 nəfər həlak olub.
Oxu.Az-ın "Al Arabiya" telekanalına istinadla xəbərinə görə, aviaqəza Xartum əyalətinin Omdurman şəhərində baş verib.
Məlumata görə, "Antonov" hərbi təyyarəsi yerli aviabazadan havaya qalxdıqdan qısa müddət sonra, yaşayış massivinə çırpılıb.
Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir.
Faciədə ekipaj üzvləri və təyyarədə olan sudanlı hərbçilərlə yanaşı, yaşayış binasında olan mülki şəxslər də həyatını itiriblər.
Hazırda təyyarənin qəzaya uğradığı yerdə axtarış-xilasetmə işləri davam edir.
Qeyd olunur ki, həlak olanlar arasında Sudanda tanınmış briqada generalı, Xartum hərbi dairəsinin keçmiş komandanı Bahar Əhməd də var.
"Təyyarə qəzası" teqi üzrə xəbərlər
- Filippində təyyarə qəzası: Ölənlər var
- ABŞ-də sərnişin təyyarəsi ilə hərbi təyyarə səmada toqquşma təhlükəsi ilə üzləşib
- Avstraliyada beynəlxalq aviasiya şousu zamanı təyyarə qəzaya uğrayıb
- Alyaskada gölə düşən təyyarədən möcüzəli xilas: Qanadda 12 saat həyat mübarizəsi
- Rusiyada təyyarə qəzalı eniş etdi: Xəsarət alan var - ANBAAN VİDEO