2017-ci il Sülh üzrə Nobel mükafatı nüvə silahının qadağa olunması üzrə Beynəlxalq şirkətə (International сampaign to abolish nuclear weapons, ICAN) təqdim olunub.
Oxu.Az xəbər verir ki, təqdimat mərasimi Oslada baş tutub.
Məlumata əsasən, Nobel medalı və 9 milyon İsveç kronu (təxminən 1,1 ABŞ dolları)ICAN-nin icraçı direktoru, İsveç vətəndaşı Beatris Fin və 85 yaşlı yapon qadın Setsuko Terlouya verilib. Terlou hələ yeniyetmə olarkən, Hirosimada atom bombasının partladılmasının canlı şahidi olub və nəticədə, uzun illər nüvə silahının qadağası uğrunda mübarizə aparıb.
Qeyd edək ki, ICAN yüzdən artıq ölkənin qeyri-dövlət təşkilatını birləşdirir.
N.O.