Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Cəramana şəhərində mikroavtobusda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində dörd nəfər həlak olub.
Oxu.Az bu barədə "Syria TV"yə istinadən xəbər verir.
Məlumata görə, daha 14 nəfər yaralanıb, onların arasında qadınlar və uşaqlar da var.
Xəsarət alanlar bir neçə özəl xəstəxanaya yerləşdirilib.
Partlayışın kim tərəfindən törədildiyi məlum deyil.
Qaynar xətt:
(055) 224 12 12