Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tailandda faciə: İçərisində 40-a yaxın məktəbli olan avtobus alovlara büründü
Tailandda faciə baş verib. Ekskursiyadan qayıdan məktəb avtobusunun qəfil yanması nəticəsində 20-dən çox uşaq həlak olub.
Oxu.Az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, nəqliyyat vasitəsində ümumilikdə 38 şagird və altı müəllim olub.
Bildirilir ki, faciənin səbəbi avtobusun ön təkərinin partlaması ola bilər. Bunun nəticəsində maşın nəzarətdən çıxıb və yolun kənarındakı metal maneəyə çırpılıb. Toqquşma nəticəsində yanğın başlayıb və tezliklə avtobusun bütün hissəsini bürüyüb. Hadisə yerində işləyən xilasedicinin sözlərinə görə, toqquşma nəticəsində yanacaq çənləri alışıb.
Şagirdlərin hamısı üçüncü sinif şagirdləri (təxminən 9-10 yaşlarında) olublar.
Xilasedicilər bildiriblər ki, 19 nəfər xilas edilib, ancaq ölənlərin dəqiq sayı məlum deyil. Xilas edilən sərnişinlərin çoxu ciddi yanıqlar alıb.
Yanğınsöndürənlər avtobus soyuyana qədər bir müddət gözləməli olublar, bundan sonra cəsədlərin axtarışına başlayıblar. Avtobusun 25 sərnişininin həlak olduğu ehtimal edilir.
"Tailand" teqi üzrə xəbərlər
- Tailandda qorxunc hadisə: Rusiyalı kişiyə ölüm cəzası verilə bilər - SƏBƏB
- Cənub-Şərqi Asiyada eynicinsli nikahları tanıyan ilk ölkə: Tailandda qanun qüvvəyə mindi
- Tailandda polis rusiyalı qadına atəş açdı
- Rusiyalı məmur Tailandda ölü tapıldı: Fahişə tərəfindən öldürüldüyü ehtimal edilir
- Tailandda bədbəxt hadisə: Fil ispaniyalı turist qadını öldürdü
Rəylər