Rusiyalı İT mütəxəssisi Denis Zaxarov Tailandda polisə zəng etdikdən sonra müəmmalı şəkildə yoxa çıxıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, 43 yaşlı Denis Zaxarov mayın 25-də Tailanda gəlib və Panqan adasına dincəlməyə gedib. Orada təxminən 60 gün keçirməyi planlaşdırırmış. Dörd gün sonra onun əşyaları, sənədləri, pulu və telefonu yoxa çıxıb və bu vəziyyətdə Tailandın paytaxtı Banqkok istiqamətində gedib.
Təyinat yerinə çatdıqdan sonra polisə müraciət edib və əmlakının oğurlandığına dair ərizə yazıb. Polislər ona Rusiyadakı anasına zəng etməyə icazə verib və anası ona pasportunun skanını göndərib. Qadının dediyinə görə, polislər Rusiya səfirliyinə gedib çıxa bilməsi üçün Denis Zaxarova taksi üçün pul veriblər.
Bundan sonra Denis heç bir iz qoymadan yoxa çıxıb və qohumları ilə də əlaqə saxlamayıb.